logo

“Azercell” Müştəri Xidmətləri artıq instaqramın şəxsi mesaj bölümündə

19:20 04-11-2021 | icon 3283
“Azercell” Müştəri Xidmətləri artıq instaqramın şəxsi mesaj bölümündə

Müştərilərini hər zaman diqqət mərkəzində saxlayan “Azercell Telekom” MMC rəqəmsal kanallar vasitəsilə göstərdiyi xidmətlərin çeşidini genişləndirir.

 YeniAvropa xəbər verir ki, abunəçilərinin müraciətlərini daha da operativ şəkildə cavablandırmağı hədəfləyən “Azercell” artıq instaqram sosial şəbəkəsinin şəxsi mesajlaşma bölməsi vasitəsilə də müştərilərinə xidmət göstərir. Qeyd edək ki, şirkət iki il öncə feysbuk platformasında da bu funksiyanı işə salıb.

Statistika sübut edir ki, sosial şəbəkələr “Azercell” müştəri xidmətlərinin mühüm tərkib hissəsinə çevrilməkdədir. Bu ilin əvvəlindən indiyədək təkcə feysbukda “Azercell” təmsilçiləri 213 mindən çox abunəçinin müraciətini cavablandırıblar. İnstaqramda isə bu rəqəm 70 minə yaxınlaşır. Digər populyar şəbəkə - tviterdə bu il ərzində şirkətin müştəri xidmətlərinə sorğu göndərənlərin sayı 3500-ə yaxındır. “Azercell”in nümayəndələri şirkətin rəsmi yutub kanalında da 300-ə yaxın müraciəti qəbul ediblər. “Linkedin” üzərindən isə bu müddət ərzində 126 “Azercell” abunəçisinin sorğusu daxil olub.

“Azercell”in feysbuk, instaqram, tviter, “Linkedin” və yutub rəsmi səhifələri daxil olmaqla sosial şəbəkələrdə toplam 784 min 678 istifadəçisi var. Xatırladaq ki, məhz “Azercell” 2012-ci ildə tviter platformasının, 2013-cü ildə feysbuk sosial şəbəkəsinin təsdiqlənmiş (verified) statusunu qazanan ilk mobil operator olub. Fəaliyyətini uğurla davam etdirən lider mobil operator 2019-cu ildə instaqramın bütün verifikasiya meyarlarına cavab verərək səhifənin təsdiq nişanını alıb.

Bu səhifələrdən istifadə edən “Azercell” abunəçilərinə 24/7 rejimində yüksək keyfiyyətli xidmət təqdim olunur. Eyni zamanda, sosial şəbəkə hesablarında “Azercell”in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərlər paylaşılır.

“Azercell”də baş verən ən son yenilikləri qaçırmamaq üçün bizi sosial şəbəkələr üzərindən izləməyi unutmayın.

Facebook: https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell/

Twitter: https://twitter.com/Azercell

Linkedin: https://www.linkedin.com/company/azercell/mycompany/

YouTube: https://www.youtube.com/c/AzercellYouTube