Azərbaycan Mərkəzi Bankı(AMB) “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasının yenilənməsini həyata keçirib.
YeniAvropa xəbər verir ki, bu barədə AMB-ni İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, yeni əskinasların növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur.
"20 manatlıq yeni pul nişanı üzərində əsas dizayn motivləri - Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib”, - deyə o, qeyd edib.