Vüqar Səfərlinin parket əvəzinə laminat döşəmə fırıldaqları üzə çıxdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.
YeniAvropa xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bünyamin İsmayılov dövlət ittihamçısının suallarını cavablandırıb.
O, ittihamda göstərilən qiymətlərin şişirdilməsi ilə bağlı məsələyə onun aidiyyatı olmadığını deyib: "Layihəyə uyğun olaraq hər şeyin qiyməti var idi. Orada göstərilənlərlə görülən işlər arasında hər hansı fərq olanda rəhbərliyə məruzə edirdik”.
Daha sonra B.İsmayılovun vəkili Vüqar Səfərlidən binaların tikintisi zamanı nə üçün parketlərin əvəzinə laminatlardan istifadə edilməsi məsələsini soruşub.
V.Səfərli isə bildirib ki, sənəddə əvvəl laminat qeyd edilib: “Bu barədə sonra məlumatım oldu. Sonra bildim ki, ora parket vurulmalı imiş”.
Məhkəmədə daha sonra digər təqsirləndirilən şəxs-Telman Tahirov dindirilib. O deyib ki, jurnalistlər üçün tikilən ikinci və üçüncü binanın tikintisi zamanı layihə rəhbəri və baş memar olub. O, ittihamlarla özünü təqsirli bilməyib.
Təqsirləndirilən şəxs ifadəsində V.Səfərlini şəxsən tanımadığını deyib: “Mən binaların tikintisi üçün layihəni hazırlayıb ekspertiza idarəsinə göndərirdim. İdarədən layihə ilə bağlı rəy gələndən sonra işim başa çatırdı”.
Növbəti proses noyabrın 10-da davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla V.Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.
O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək