Dövlət Xidməti Zakir Sultanovdan daha 5 milyon manat istəyir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
YeniAvropa xəbər verir ki,hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dəymiş ziyanla bağlı mülki iddia qaldırıb.
Mülki iddiada qeyd edilir ki, 5 milyon 327 min 900 manat ziyan təqsirləndirilən şəxsdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxsin vəkilləri isə mülki iddiaya etiraz ediblər. Bildiriblər ki, dəymiş ziyan ödənilib. Daha sonra müdafiəçilər vəsatətlə çıxış etmək üçün məhkəmədən vaxt istəyiblər.
Proses noyabrın 18-də davam etdiriləcək.
Xatırladaq ki, Z.Sultanov tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə ittiham edilir. O, mədəniyyət nazirinin müavini Rafiq Bayramovla birlikdə 2020-ci ilin mayında DTX tərəfindən həbs edilib.
Z.Sultanovun işi üzrə məhkəmə bu ilin avqustunda başlayıb. Məhkəmənin hazırlıq iclasında açıqlanıb ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi vurduğu zərərin 4 milyon manatını nəğd şəkildə ödəyib. Habelə onun 600 min dollarlıq əmlakı və daha 130 min, 10 min, və 20 min dəyərində olan əmlaklarına da həbs qoyulub. Z.Sultanov həmin əmlakların dəymiş zərərin əvəzi kimi hesablanmasına razılıq verib. Nəticədə vəkilləri onun dəymiş zərəri demək olar ki, tam ödəməsini əsas gətirərək məhkəmə istintaqının gedişində ev dustaqlığına buraxılması üçün vəsatət qaldırmışdılar, amma hakim bu vəsatəti təmin etməmişdi.
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək