logo

“BP” cari ildə SOCAR-a 2,2 milyard m3 səmt qazı verib

13:54 04-11-2021 | icon 3752
“BP” cari ildə SOCAR-a 2,2 milyard m3 səmt qazı verib

Yanvar-sentyabr aylarında “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı verib.

YeniAvropa xəbər verir ki, bu barədə “BP Azerbaijan”dan bildirilib.

Qeyd edilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.