logo

Qubanın icra başçısı koronavirusa yoluxub

12:44 04-11-2021 | icon 1673
Qubanın icra başçısı koronavirusa yoluxub

Quba rayonunun icra başçısı Ziyyədin Əliyev koronavirusa yoluxub.

YeniAvropa xəbər verir ki, bu barədə Quba rayon İcra Hakimiyyətindən bildirilib.

Bildirilib ki, icra başçısı bir neçə gün əvvəl COVİD-19-a yoluxub. Hazırda o, ev şəraitində müalicəsini davam etdirir və vəziyyəti normaldır.

Qeyd edək ki, Quba rayonunun icra başçısı Ziyyədin Əliyevin 58 yaşı var. O, prezidentinin 02 dekabr 2017-ci il tarixli sərəncamı ilə Quba rayon İcra Hakimiyyətinə başçı təyin edilib.