logo

Qısqanclıq üstə arvadını öldürən kişinin mahkəməsi başlayır

11:54 04-11-2021 | icon 1617
Qısqanclıq üstə arvadını öldürən kişinin mahkəməsi başlayır

İyunun 27-də Nuranə İsbəndarovanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Salyan rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, istintaqla zərərçəkmişin əri Ənvər İsbəndarovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Nuranə İsbəndərovanı qəsdən öldürdüyü müəyyən olunub.

Ənvər İsbəndarov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin psixiatrik stasionara yerləşdirilməsi təhlükəsizlik tədbiri tətbiq edilib.

Cinayəti törədən zaman və hazırda anlaqsız vəziyyətdə olan Ənvər İsbəndarov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə oktyabrın 20-də icraat başlanıb.

Oktyabrın 30-da cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, Ənvər İsbəndarovun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.