logo

Sabahdan qazilərin müraciətləri üzrə mərkəz fəaliyyətə başlayır

21:11 03-11-2021 | icon 1687
Sabahdan qazilərin müraciətləri üzrə mərkəz fəaliyyətə başlayır

Sabah, noyabrın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin Abşeron DOST mərkəzində də şəhid ailələri və müharibə əlilləri, habelə Vətən müharibəsində xəsarət almış hərbi qulluqçuların müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi fəaliyyətə başlayacaq.

Nazirlikdən  YeniAvropa-ya bildirilib ki,mərkəzdə Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyd olunan kateqoriyalara aid şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstəriləcək.

Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılan vahid əlaqələndirmə mərkəzlərində ümumilikdə artıq 21 qurum üzrə (6 mərkəzi, 15 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər vahid məkandan təqdim edilir.

Bu il avqustun 23-dən Bakıdakı DOST mərkəzlərində fəaliyyətə başlayan vahid əlaqələndirmə mərkəzlərində ilkin mərhələdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsində xəsarət almış hərbi qulluqçular və həmin müharibənin əlillərinin müraciətləri qəbul edilib. Oktyabrın 19-dan isə bu mərkəzlərdə 1-ci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibənin əlillərinin müraciətlərinin də qəbuluna başlanıb və onlardan da artıq 222 nəfər qəbul olunub.

Ümumilikdə isə ötən dövrdə vahid əlaqələndirmə mərkəzlərinə 2800-ə yaxın (o cümlədən Çağrı mərkəzi-142 vasitəsilə 224) vətəndaş müraciət edib.