logo

Abşeronda əcnəbilərə qarşı soyğunçuluq edən taksi sürücüsü yaxalanıb

19:49 03-11-2021 | icon 1834
Abşeronda əcnəbilərə qarşı soyğunçuluq edən taksi sürücüsü yaxalanıb

Abşeron rayonunun Mehdiabad qəsəbəsində xarici ölkə vətəndaşına qarşı soyğunçuluq edən taksi sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, taksi şirkətlərinin birində sürücü işləyən paytaxt sakini Fərid Əsgərov müştərisinə qarşı soyğunçuluq edib. O, şirkət tərəfindən göndərilən sifarişi qəbul edərək xarici ölkə vətəndaşı olan müştərini maşına əyləşdirərək qeyd edilən ünvana aparıb. F.Əsgərov yolda müştərinin iki ədəd “İphone” markalı telefonunu, pulunu, sənədlərini götürərək hadisə yerindən uzaqlaşıb. Həmin sürücü polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə gətirilib. Onun üzərinə keçirilmiş baxış zamanı soyğunçuluq yolu ilə ələ keçirdiyi əşyalar və psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Mehdiabad polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər oxşar cinayətlər törətdiyi istisna olunmur. Fərid Əsgərovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin nazirliyin 102 - Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.