Rusiyanın Yakutsk vilayətindən İrkutsk vilayətinə uçan “An-12” yük təyyarəsi qəzaya uğrayıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, qəzadan sonra təyyarədə yanğın başlayıb.
Göyərtəsində 8 nəfərin olduğu təyyarənin İrkutsk aeroportundan 4 kilometr aralıda, Pivovarixa kəndi yaxınlığında yerə düşdüyü bildirilir.
Qəzanın baş verdiyi ərazidə hazırda yanğın-xilasetmə briqadaları fəaliyyət göstərir.