logo

Bütün vergi ödəyicilərinin bank məlumatları açıq olacaq 

14:04 03-11-2021 | icon 2394
Bütün vergi ödəyicilərinin bank məlumatları açıq olacaq 

Vergi öhdəliklərinin müəyyən edilməsi üçün aylıq məlumatlar bank əməliyyatları aparan şəxslər tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək quruma təqdim edilməlidir.

 YeniAvropa xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə, vergi öhdəliklərinin müəyyən edilməsi məqsədi ilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin aylıq məlumatları banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq quruma təqdim edilir.