logo

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə  “yaşıl enerji” sahəsində əməkdağlığı müzakirə edib

13:31 03-11-2021 | icon 2226
Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə  “yaşıl enerji” sahəsində əməkdağlığı müzakirə edib

Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya tərəfdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səmərəli platformadır.

 YeniAvropa xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, Komissiyanın 8-ci iclasında investisiya, ticarət, “yaşıl enerji”, kənd təsərrüfatı, qida təhlükəsizliyi, KOB, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.