logo

Sabah Bakıda 17° isti olacaq, bəzi  bölgələrdə isə yağış və qar yağacaq

12:33 03-11-2021 | icon 1806
Sabah Bakıda 17° isti olacaq, bəzi  bölgələrdə isə yağış və qar yağacaq

Azərbaycanda noyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 

YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-13°, gündüz 15-17° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 774 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 15-19° isti, dağlarda gecə 0-4°, gündüz 4-9° isti olacağı bildirilir.