Bu gündən noyabrın 5-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, paytaxtda arabir yağış yağacağı gözlənilir.
Bəzi bölgələrdə isə yağış leysan xarakterli olacaq.
Dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı ehtimal olunur.