Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.
YeniAvropa xəbər verir ki, hadisə şəhərin bulvar ərazisində tikilən hündürmərtəbəli binaların birində baş verib.
Belə ki, orada fəhlə işləyən 1981-ci il təvəllüdlü Həsənəliyev Elməddin Əyyub oğlu binadan yıxılıb.
Aldığı bədən xəsarətlərindən 40 yaşlı kişi hadisə yerindəcə dünyasını dəyişib.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşıdrma aparılır.