Qlazqoda keçirilən BMT-nin iqlim dəyişikliyi zirvə görüşünün ikinci günündə gülmməli epizod baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə "Armenia Today" məlumat yayıb.
Zirvə görüşünün moderatoru Ermənistan prezidenti Armen Sarkisyana çıxış üçün söz verən zaman onu "Armen Paşinyan” kimi təqdim edib.
Tribunaya yaxınlaşan ölkə başçısı soyadının Paşinyan deyil, Sarkisyan olduğunu deyib.