logo

Ukraynanın müdafiə naziri istefa verdi

20:10 02-11-2021 | icon 2905
Ukraynanın müdafiə naziri istefa verdi

Ukraynanın müdafiə naziri Andrey Taran istefa verib. 

 YeniAvropa Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı sözçüsü Taras Melniçuk məlumat verib. 

T.Melniçuk öz "Teleqram" kanalında yazıb ki, Andrey Taran istefa ərizəsini Radaya təqdim edib.

Qeyd edək ki, Andrey Taran 2020-ci il martın 4-dən müdafiə naziri vəzifəsində çalışır.

Daha əvvəl Ali Radadakı "Xalqın qulluqçusu" fraksiyasının rəhbəri David Araxamia bildirib ki, A.Taranın səhhətində problem var və bu səbəbdən nazirliyə başqa şəxsin rəhbərlik edəcəyi gözlənilir.