logo

Putin Ukraynadakı "Bayraktar"lara görə xüsusi müşavirə keçirdi

17:58 02-11-2021 | icon 3094
Putin Ukraynadakı "Bayraktar"lara görə xüsusi müşavirə keçirdi

Rusiya sərhədləri yaxınlığında pilotsuz təyyarələri ilə bağlı müşahidə olunan vəziyyəti təhlil etmək lazımdır.

 YeniAvropa "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu müdafiə məsələləri üzrə müşavirədə Rusiya prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı qeyd edib ki, Rusiya hərbçiləri pilotsuz təyyarələrinin hücumlarını effektiv dəf etməyi öyrəniblər. "Biz pilotsuz aviasiyasının son illərdə silahlı münaqişələrdə özünü necə sübut etdiyini, və bunun bizim üçün nə qədər effektiv və bizim üçün nə qədər təhlükəli ola biləcəyini gördük. Bunu Suriyada müşahidə edirdik - pilotsuz uçuş aparatlarından terror hücumları üçün istifadə edilib.

V.Putin həmçinin deyib ki, hazırda Rusiya ordusunda xidmətdə iki mindən çox pilotsuz uçan aparat var.

Xatırladaq ki, oktyabrın 26-da Ukrayna Silahlı Qüvvələri ilk dəfə döyüşdə Türkiyənin “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib. Rusiya Donbassdakı vəziyyəti narahatedici adlandırıb.