Baş prokuror Kamran Əliyev ermənilərin işğalından azad edilən ərazilərdə aşkar edilən narkotik plantasiyaların mövcud olmasını təsdiqləyib.
YeniAvropa xəbər verir ki, bu barədə Kamran Əliyev “Real TV”yə müsahibəsində məlumat verib.
“Daxili İşlər Nazirliyinin əməkdaşları işğaldan azad edilən ərazilərimizdə salınan narkotik plantasiyaları aşkarlayıb”,-deyə baş prokuror vurğulayıb.
“Həmin ərazilərdə konkret belə hallar olmuşdu. Bu sahədə yenə də işlər davam etdirilir. Narkotik plantasiyalarının aşkarlanması ilə bağlı ictimaiyyət məlumatlandırılır”, - deyə baş prokuror sözlərinə əlavə edib.