Bakı Ağır Cinayətlər Məhkəməsində altı aylıq körpəsini boğub öldürməkdə ittiham olunan 29 yaşlı Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
YeniAvropa xəbər verir ki, bu gün prosesdə hökm oxunub. Hökmə əsasən V.Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə V.Əliyev hadisə günü sərxoş vəziyyətdə olduğunu bildirib. O, peşmançılıq keçirdiyini, özündə olmadığını, bilməyərək belə bir cinayət törətdiyini deyib. Uşağın ağlamasına əsəbləşən V.Əliyev onu yastıqla boğub.
Qeyd edək ki, hadisə bu il mayın 30-da baş verib. Altı aylıq Ruzi Əliyevin yaşadığı evdə ölməsi barədə Binəqədi rayon Prokurorluğuna məlumat daxil olub. İlkin istintaq zamanı hadisənin körpənin atası V.Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb və V.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.