Yeni SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarına start verilib
Noyabrın 2-də “SOCAR Tower”də SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarına başlanılması və 2016-cı ildə buraxılmış ilkin istiqrazlarla bağlı hesabat tədbiri keçirilib. SOCAR-ın maliyyə məsələləri üzrə baş məsləhətçisi, tədbirin moderatoru Əli Ağaoğlunun giriş nitqindən sonra, 2016-cı ildə buraxılmış ilkin SOCAR istiqrazları ilə bağlı hesabat xarakterli videoçarx nümayiş olunub.
Şirkətdən YeniAvropa-ya bildirilib ki, SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov çıxış edərək SOCAR istiqrazlarının yaranma tarixçəsindən, ölkə iqtisadiyyatına töhfələrindən və buraxılmış yeni istiqrazlara investorların böyük marağından söz açıb. Tədbirdə iştirak edən Mərkəzi Bankın Kapital Bazarlarına Nəzarət Departamentinin direktor müavini Samir İsmayılov və Bakı Fond Birjasının sədri Eldar Abdullayev çıxışlarında SOCAR istiqrazlarının qiymətli kağızlar bazarının inkişafında rolundan və digər korporativ istiqrazların emissiyasına qazandırdığı stimuldan bəhs edib, ilkin istiqrazların birjada ən çox investisiya edilmiş qiymətli kağız olduğunu vurğulayıb, əksəriyyəti fiziki şəxslər tərəfindən satın alınmış 100 milyon dollar məbləğindəki yeni SOCAR istiqrazlarının noyabrın 1-də birjada yerləşdirilməsini daxili kapital bazarlarının yeni bir uğuru kimi dəyərləndiriblər.
SOCAR-ın maliyyə məsələləri üzrə baş məsləhətçisi Əli Ağaoğlu Azərbaycan iqtisadiyyatının flaqmanı olan SOCAR-ın meqalayihələrlə birgə, investorlar üçün alternativ investisiya imkanı yaratmaqda davam etdiyini, 100 milyon dollar həcmində buraxılmış yeni istiqrazlara 380 milyon dollardan artıq tələb gəldiyini nəzərə çatdırıb və şirkətin daxili kapital bazarlarının inkişafına töhfə verməkdən qürur duyduğunu vurğulayıb.
Tədbirin sonunda SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının başlandığını elan edən rəmzi açılış zəngi çalınıb.
Xatırladaq ki, yeni SOCAR istiqrazları 5 illik müddətə buraxılıb. Faiz gəliri 4,5 faizdir və kupon ödənişləri rüblük qrafiklər əsasında həyata keçiriləcək. İstiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış “SOCAR istiqrazları” köşklərindən, eləcə də Azərbaycanda xidmət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür. SOCAR, istiqrazlarının təkrar bazarda likvidliyinin təmin olunması məqsədilə “PSG Kapital” investisiya şirkətini marketmeyker qismində cəlb edib.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb