Ögey atasından hamilə qalaraq dünyaya uşaq gətirən qız və körpəsi xəstəxanadan buraxılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O, bildirib ki, bu gün ana və körpə xəstəxanadan çıxıb:
"Məndə olan məlumata görə, 11 yaşlı ana və körpəsi bu gün xəstəxananı tərk edıb. Bu haqda əlavə məlumatım yoxdur. Onların gələcək taleyi və hara gedəcəkləri haqqında aidiyyatı qrumlar qərar verəcək".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən bildirib ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.