Azərbaycanın ikinci əl avtomobil bazarında canlanma yaşanır
Oktyabr ayında ötən aya nisbətən Azərbaycanda ikinci əl avtomobillərə tələb artıb.
YeniAvropa xəbər verir ki, bu barədə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov yerli KİV-ə açıqlamasında deyib.
Ekspert ötən ayda bazarda yaşanan canlanmadan danışıb:“Azərbaycanın avtomobil bazarında canlanma hiss olunur. Bu da mövsümlə əlaqədardır. Biz qızmar yayı geri qoymuşuq. Artıq qış fəslinə doğru gedirik və belə olanda şəhərlərdə yaşayan insanların nəqliyyat vasitələrinə tələbatı artır. Odur ki, sentyabra nisbətən oktyabrda tələb var. Qiymətlər də keçən aya nisbətən cüzi də olsa artıb. Bu artım 2 %-dən çox deyil. Yeni avtombillərin isə qiymətləri olduğu kimi qalıb".
E.Cəfərovun sözlərinə görə yeni avtomobillərə daim tələbat var:
"Yeni atomobillərə tələbat azalmayıb. Milli valyutanın stabil qalması və iqtisadiyyatın hazırda dayanıqlı olması imkan verir ki, vətəndaşlar yeni avtomobil ala bilsinlər. Qeyd edim ki, təxminən bu ilin dekabr ayından gələn ilin aprelinə qədər Azərbaycanda yeni komfortlu və təhlükəsiz avtomobillərə tələb daha da artacaq. Çünki iri avtomobil istehsalçıları istehsalı bir qədər azaldacaq. Lakin qiymətlərdə bu ilin sonuna qədər kəskin dəyişiklik gözlənilmir. Gələn ilin əvvəlindən ola bilər ki, qiymətlər yenə 2-3 % civarında artsın. Bu da daşınma qiymətlərinin yüksəlməsi, istehsalın azalması kimi beynəlxalq proseslərlə əlaqədardır.
Ekspert ölkəyə hibrid avtomobillərin də gətirilməsindən danışıb: “Sevindirici haldır ki, vətəndaşlar hibrid avtomobillərə maraq göstərir. Lakin bəzən ABŞ-dan köhnə, yararsız avtomobilləri daha çox gətirirlər. Yaxşı olardı ki, vətəndaşlarımız yeni, Avropa spesifikasiyalı hibrid avtomobillər alsınlar ki, sonra həmin avtombillərdə problemlər olanda onun təmiri mümkün olsun. Azərbaycanda bu gün Avropa spesifikaliyalı hibrid avtomobillərin təmiri mümkündür, rəsmi dilerlər bunu edir. Amma ABŞ-dan gətirilən hibrid avtomobillərin təmirində servislər bəzən çətinlik çəkə bilirlər”.
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək