Bakıda mənzildə 82 yaşlı kişinin meyiti aşkarlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin(FHN0 məlumatında bildirilib.
Qeyd edilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Quliyev Yahuzər Zakir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.