Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Birləşmiş Ərəb Əmirliklərinin sahibkarlıq və KOB üzrə dövlət naziri Ahmed Belhoul Al Falasi arasında noyabrın 1-də Dubayda görüş keçirilib.
KOBİA-dan YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən KOB sektorunun inkişafına önəm verildiyi vurğulanıb, bu sahədə tətbiq olunan dəstək mexanizmləri və görülən işlər diqqətə çatdırılıb. Ölkələrimizin biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə bu istiqamətdə KOBİA və müvafiq nazirlik arasında birgə tədbirlərin həyata keçirilməsi perspektivləri, ölkəmizin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin biznes imkanları qeyd olunub. Görüşdə, həmçinin hər iki ölkənin iş adamlarını öz ətrafında birləşdirəcək əməkdaşlıq platformalarının yaradılmasına dair müzakirələr aparılıb.