Sabiq rektor Nurlana Əliyeva necə rüşvət yığırmış-məhkəmə epizodu
Dələduzluqda ittiham olunan Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
YeniAvropa xəbər verir ki, bugünkü prosesdə şahidlər dindirilib. İlk olaraq şahid qismində Bakı Slavyan Universitetində ikinci təhsil alan tələbənin atası İsmət Nəzərov ifadə verib. Şahid ifadəsində bildirib ki, üç illik təhsil üçün ondan 5 min manat istənilib: “Sonradan 4 min manata endirdik. Ödəniş etmək üçün Dürdanə Əliyeva ilə görüşdüm. Dedi ki, 4 min manatı ona verməliyəm. Həmçinin övladımın universitetdə rahat oxumasına, “qayıb”lara da kömək edəcəyinə söz verdi. Qızım hazırda orada oxuyur, 1100 manat borcumuz var”. Şahid bildirib ki, məsələ ilə bağlı qızı universitetin rektoruna müraciət edib. Rektor ona“pulunuz belə çox idi ki, verirdiniz?" deyib: “Mən hansısa “parkovşik”lə iş görməmişəm, universitetin təyin etdiyi rəsmi şəxslə danışmışam, ona pul ödəmişəm”.
Şahidin ifadəsinə münasibət bildirən Dürdanə Əliyeva isə aldığı 4 min manat pulun hamısını universitetin o zamankı rektoru Nurlana Əliyevaya verdiyini deyib.
İxtisas artırmaq üçün universitetə müraciət edən digər şahid Mehman Nəcəfov isə təqsirləndirilən şəxsə təhsil ödənişi üçün 1000 manat verdiyini deyib: "Təhsil ödənişi üçün ümumilikdə 2200 manat ödəməli idim. Dürdanə Əliyeva dedi ki, ilkin ödəniş kimi 1000 manat ona verməliyəm. Həmin 1000 manatı ona verdim, digər 1200 manatı isə bank aparatı ilə ödədim. Sonradan məlum oldu ki, nə 1000 manat, nə də aparatla ödədiyim pul universitetin kassasına keçib".
Prosesdə şahid qismində son olaraq 2020-ci ildə ikinci təhsil almaq üçün Dürdanə Əliyevaya 2 min manat pul verdiyini deyən Ülviyyə İsmayılova ifadə verib: "Dürdanə Əliyeva mənə dedi ki, üç il təhsil üçün ödəniş illik 2 min manat olacaq. Həmin pulu ona ödəməyimi istədi. Mən də ödəyib getdim. Dekabr ayında mənə zəng edib dedilər ki, təhsil ödənişi etməlisən. Hələ də universitetə borclu qalmışam". Şahid bir daha onu məhkəməyə çağırmamalarını xahiş edib: “ Artıq yorulmuşam. Şikayətimi də geri götürürəm. Dürdanə xanıma verdiyim pulu da özüm ödəmək istəyirəm. Ondan heç nə tələb etmirəm. Mən bu günə kimi yollarda 400 manat xərcləmişəm. İşdən hər dəfə icazə alıb məhkəməyə gələ bilmirəm. Xahiş edirəm məni bir daha məhkəməyə çağırmayın".
Məhkəməyə sədrlik edən hakim bir daha onu məhkəməyə çağırmayacaqlarını deyib: "Baxın, vətəndaşı nə hala çatdırmısınız ki, gəlib məhkəməyə deyir ki, mən bezmişəm, şikayətimi geri götürürəm".
Məhkəmə prosesi noyabrın 15-də davam edəcək.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb. Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə, rüşvət verməyə təhrik etmə, rüşvət alma maddələri ilə cinayət işi başlanılıb.
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək