Goranboy rayonunun Zeynallı kəndi ərazisində yolu keçən şəhər sakini Rüfət Mirzəyev Samux rayon sakini Ə.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə nəticəsində piyada xəsarətlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.