Azərbaycanda pul bazası noyabrın 1-nə 14 milyard 621,2 milyon manat təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
Qeyd edilib ki, bu göstərici ötən ayla müqayisədə 122,5 milyon manat çoxdur.
Xatırladaq ki, bu ilin martın 1-nə olan məlumata görə, Azərbaycanda pul bazası 12 milyard 863 milyon manat təşkil edib.