logo

VIII Qlobal Bakı Forumu keçiriləcək

12:55 01-11-2021 | icon 1960
VIII Qlobal Bakı Forumu keçiriləcək

Noyabrın 4-dən 6-dək Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VIII Qlobal Bakı Forumu keçiriləcək. 

Mərkəzdən YeniAvropa-ya bildirilib  ki, əvvəlcə forumun martın 12-dən 14-dək keçirilməsi planlaşdırılmışdı. Lakin pandemiya səbəbindən tədbir təxirə salındı. “2020-2030: Yeni onilliyin çağırışı və imkanları” mövzusunda keçiriləcəyi planlaşdırılan Forumda 50-dən artıq ölkədən 500-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulurdu. 

Xatırladaq ki, indiyədək  Bakı Forumları bir qayda olaraq mart ayında keçirilib. VII Qlobal Bakı Forumu 2019-cu ildə martın 14-dən 16-dək keçirilib. Forumun rəsmi açılış mərasimində prezident İlham Əliyev çıxış edib.

VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edib. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə edilib.