Qazaxıstanın “Air Astana” aviaşirkəti noyabrın 7-dən Almatı-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirməyi planlaşdırır.
YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi məlumat yayıb.
Uçuşlar cümə axşamı və bazar günləri “Embraer E190-E2” təyyarəsi ilə həyata keçiriləcək.
“Azərbaycana uçuşların daha da artırılması epidemioloji vəziyyətdən, İdarələrarası Komissiyanın və Azərbaycanın aidiyyəti dövlət orqanlarının qərarlarından asılı olacaq”, - deyə nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Uçuşlar sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla və aviaşirkətin saytında dərc olunmuş cədvələ uyğun həyata keçiriləcək.