Azərbaycanda minik avtomobilinin mühərrikinin həcminə görə dövlət rüsumları müəyyənləşib.
YeniAvropa xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə minik avtomobilinin mühərrikinin həcmi 2000 sm3-dək olduqda - mühərrikinin həcminin hər sm3-ə görə 0,05 manat;
3000 sm3-dək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər sm3-nə 0,1 manat;
4000 sm3-dək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər sm3-ə görə 0,2 manat dövlət rüsumu tutulacaq.