Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 67 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.