Avropa ölkələri qış vaxtına keçib.
YeniAvropa xəbər verir ki, oktyabrın 30-dan 31-nə keçən gecə yerli vaxtla 04:00-da saatların əqrəbləri bir saat geri çəkilib.
Rusiya və Belarusdan fərqli olaraq Ukrayna da qış vaxtına keçib.
Ukrayna Nazirlər Kabinetinin qərarı ilə oktyabrın son bazar günündə – ayın 31-də gecə saat yerli vaxtla 04:00-da saatların əqrəbləri bir saat geri çəkilib.
Beləliklə, Azərbaycan ilə Ukrayna arasındakı vaxt fərqi iki saat olub.