logo

Kaxa Kaladze yenidən Tbilisi şəhərinin meri seçilib

09:49 31-10-2021 | icon 2380
Kaxa Kaladze yenidən Tbilisi şəhərinin meri seçilib

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 30-da keçirilmiş təkrar seçkilərin bəzi dairələr üzrə ilkin nəticələrini açıqlayıb.

YeniAvropa xəbər verir ki, paytaxt Tbilisi üzrə yaradılmış 769 seçki məntəqəsinin 768-də və ya 99,87 faizində səslər sayılıb.

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Kaxa Kaladze 55,6 faiz səs toplayaraq yenidən Tbilisinin meri seçilib.

Onun rəqibi – müxalif “Vahid Milli Hərəkat” partiyasının namizədi Nika Meliya isə 44,4 faiz səs toplayıb.

Qeyd edək ki, K.Kaladze Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci ilin noyabrında seçilib.

MSK-nın məlumatına görə, Gürcüstanın iri şəhərləri olan Batumi, Rustavi, Kutaisi və Potidə də hakim partiyanın namizədləri qalib gəliblər.