logo

Daxili İşlər Nazirliyi vətəndaşlara növbəti dəfə müraciət edib

15:55 30-10-2021 | icon 1743
Daxili İşlər Nazirliyi vətəndaşlara növbəti dəfə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları sosial mediada kibercinayətkarlıqlarla bağlı diqqətli olmağa çağırıb.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, vətəndaşlardan bununla bağlı bir sıra qaydalara riayət edilməsi tövsiyə olunur:

- Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank-kart məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) heç kəsə təqdim etməyin.

- Sosial media və elan saytları vasitəsilə satışa çıxardığınız məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;

- İşə qəbul olunmağınızı əsas gətirərək guya “sağlamlıq haqqında arayış” üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş etməyin;

- Saxta xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin.