Paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində (Talıblı küçəsi) çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.
İlkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından keçən elektrik kabelləri yanıb. Mənzillər yanğından mühafizə olunub.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən 30 nəfər bina sakini (onlardan 8-i uşaqdır) təhlükəsiz əraziyə təxliyə olunub.