İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Dazili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Füzuli rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş ərazilərində 3 avtomat, 2 pulemyot, 2 qumbaraatan, 1 “Foqot” (tank əleyhinə idarə olunan raket sistemi), müxtəlif növ 185 mərmi, 75 partladıcı və müxtəlif çaplı 4100 güllə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.