Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) növbəti monitorinqlər zamanı daha üç müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğunu aşkar edib.
YeniAvropa xəbər verir ki, bu barədə AQTA-dan verilən məlumatda bildirilib. Qeyd edilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 28-də ölkə üzrə 414 ictimai iaşə obyektində 716 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1.Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq k.214 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Fəxrəddin Xəlil oğluna məxsus restoran;
2.Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəs, Babək k.14 ünvanında yerləşən, fiziki şəxs Firdovsi İbrahimov Nəbi oğluna məxsus restoran;
3.Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, fiziki şəxs Vəliyev Elşən Telman oğluna məxsus kafe.