logo

Meşədən odun gətirən kənd sakini yük maşınından yıxılaraq öldü

16:30 29-10-2021 | icon 1834
Meşədən odun gətirən kənd sakini yük maşınından yıxılaraq öldü

İsmayıllı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Meşədə yük avtomobilində odun daşıyan fəhlə yıxılaraq ölüb.

YeniAvropa xəbər verir ki, hadisə bu gün rayonun Quşencə kəndi ərazisindəki meşə sahəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü İmran Niyazi oğlu Cəbiyev həmyerlisi Teymur Mütəllimova məxsus “QAZ 53” markalı, 31 BC 533 dövlət qeydiyyat nişanı olan avtomobillə Quşencə kənd yolunda hərəkətdə olan avtomobilin yük hissəsindən yıxılaraq baş-boyun nahiyəsindən ağır xəsarətlər alıb və hadisə yerində ölüb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.