Azərbaycanda manatın məzənnəsinin dayanıqlığına heç bir təhdid yoxdur.
YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 29-da keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, valyuta bazarı sabitdir. Manatın dayanıqlığı artıb və manata mövcud olan təzyiqlər tədricən səngiyir.