logo

Xəzərdə zəlzələ olub

09:28 29-10-2021 | icon 1582
Xəzərdə zəlzələ olub

Oktyabrın 29-da Xəzər dənizində zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:37-də qeydə alınıb.

Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3-ə bərabər olub.