"Şəhidlər Xiyabanındakı naməlum qəbirlərin hamısı açılıb, nümunələr götürülüb”.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib.
O qeyd edib ki, məzarlardan götürülən nümunələr ekspertiza mərhələsindədir:
"Hazırda prosesin nə yerdə olduğu, hansı qəbirlərin şəxsiyyətinin müəyyənləşdirildiyi haqqında bilgimiz yoxdur. Şəxsiyyəti dəqiqləşdirilən məzarlar haqqında bizə məlumat verildiyi halda qəbirlərə yeni başdaşlarının qoyulmasını həyata keçirəcəyik. Bu barədə öncə dəqiq məlumat olmalı və Trestə tapşırıq verilməlidir”.