logo

SOCAR 100 milyon dollarlıq istiqraz satışa çıxaracaq

16:50 28-10-2021 | icon 2695
SOCAR 100 milyon dollarlıq istiqraz satışa çıxaracaq

Bakı Fond Birjasında (BFB) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə BFB-dən bildirilib. Qeyd edilib ki, 1 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında keçiriləcək hərracda SOCAR-ın ümumi dəyəri 100 000 000 (yüz milyon) ABŞ dolları olan istiqrazları yerləşdiriləcək.

İstiqraz alan şəxslər hər il 4,5 faiz gəlir əldə edəcək. İstiqrazların tədavüldə qalma müddəti 5 il olacaq və istiqraz sahibləri hər 3 aydan bir faizlərini alacaqlar.
Hərraca ümumilikdə 100 min ədəd istiqraz satışa çıxarılacaq. Hər bir istiqrazın nominal dəyəri 1000 dollar olacaq.

Qeyd edək ki, SOCAR-ın daha əvvəl satışa çıxardığı isteqrazlar illik 5 % gəlir vəd edirdi.