Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.
Qeyd edilib ki, Arif Baloğlan oğlu Məmmədov Agentliyin İdarə Heyətinin sədri təyin edilib.
O, indiyədək Nazirliyin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, Arif Məmmədov Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb. O, daha sonra Çexiyanın Praqa Metropolitan Universitetində Beynəlxalq münasibətlər və Avropa araşdırmaları, Kanadanın Ottava Universitetinin Telfer İdarəçilik Məktəbində Biznesin idarə edilməsi ixtisasları üzrə magistr dərəcəsini əldə edib.
Arif Məmmədob müxtəlif illərdə Prezident Administrasiyasında, Xarici İşlər Nazirliyində, eləcə də Azərbaycanın bir sıra ölkələrdəki səfirliklərində çalışıb.