Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub
YeniAvropa xəbər verir ki, bu barədə Məhkəmədən bildirilib. Qeyd edilib ki, hakim Faiq Qəniyev koronavirus şübhəsi ilə bağlı test verib və onun testinin cavabı pozitiv çıxıb.
Bu səbəbdən Faiq Qəniyevin icraatında olan cinayət işləri qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırladaq ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir neçə hakimi koronavirus infeksiyasına yoluxaraq müalicə olunub.