logo

9 ayda Azərbaycanda 25,8 milyon ton neft hasil olunub

13:33 28-10-2021 | icon 2667
9 ayda Azərbaycanda 25,8 milyon ton neft hasil olunub

Yanvar-sentyabr aylarında Azərbaycanda 25 milyon 868 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 31,6 milyard kubmetrdən çox təbii qaz hasil olunub. Həmin həcmdən 23 milyard 398 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, 9 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 22,8 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 0,6 faiz artıb.

Ölkədə əmtəəlik neft istehsalı 0,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 19,3 faiz artıb.