Mikayıl Cabbarov AİİB Müdirlər Şurasının illik toplantısında çıxış edib
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının 6-cı İllik Toplantısı keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, toplantı çərçivəsində keçirilən “Müdirlərin Dəyirmi Masası”nda çıxış edən nazir Mikayıl Cabbarov hazırda dünyada bəşəriyyətin üzləşdiyi ən böyük çağırışlardan birinin iqlim dəyişiklikləri ilə bağlı olduğunu, dünyanın bu məsələyə fokuslandığını, Paris İqlim Sazişində əksini tapmış məqsədlərə çatmaq üçün dövlətləri yeni, daha düzgün yanaşmalara sövq etdiyini vurğulayıb. Qeyd edilib ki, AİİB-in “yaşıl” və dayanıqlı gələcəyin təmin olunmasına yönəlmiş fəaliyyəti önəmlidir. 2020-ci ildə AİİB-in dünyada dayanıqlı infrastruktura töhfəsi 1,2 milyard dollar təşkil edib və iqlimlə bağlı olan 13 layihə maliyyələşdirilib. Nazir Bankın üzv ölkələri “yaşıl” və güclü iqtisadiyyat qurmaqda dəstəyini davam etdirməsi barədə müzakirələrin əhəmiyyətini qeyd edib.
Bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verən iqtisadiyyat naziri növbəti 10 il üçün müəyyənləşdirilmiş Azərbaycanın Milli Prioritetləri çərçivəsində iqtisadiyyatın “yaşıl” və davamlı inkişafına, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi diqqət yetiriləcəyini bildirib. Nazir Bankın üzv ölkələrin inkişafında və iqtisadi artımında rolunu qeyd edib, dəstək tədbirlərinin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.
Toplantıda AİİB-in 2020-ci il üzrə illik hesabatı qəbul edilib, növbəti illik toplantının 2022-ci ilin oktyabrında Rusiyanın paytaxtı Moskvada keçirilməsi qərara alınıb, qarşıdakı dövr üçün vəzifələr və sair məsələlər müzakirə olunub.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb