Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu ölkədə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Azərbaycanın Milli Məclisin mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayevaya “Turan” Akademiyasının tarix elmləri doktoru adı verilib.
YeniAvropa xəbər verir ki, bu barədə sənədi “Turan” Akademiyasının prezidenti, akademik Xaydarbek Bababekov deputat Q.Paşayevaya təqdim edib.
Özbəkistanın “Turan” Kitabxana-İnformasiya Mərkəzində keçirilən tədbirdə çıxış edən Xaydarbek Bababekov Q.Paşayevanın iki ölkə ilə mədəni, ədəbi əlaqələrini daim diqqətdə saxladığını və bu işə daim tohvələr verdiyini qeyd edib. O, Q.Paşayevanın Özbəkistana dair nəşrləri, xüsusilə “Addım–addım Özbəkistan” kitabının yüksək qiymətləndirən akademik onun türk dünyası arasında birlik, həmrəyliyə layıq olunması istiqamətində dəyərli olduğunu qeyd edib.
Q.Paşayevanın iştirakı ilə Özbəkistanda keçirilən tədbirlər, onun özbək dilinə tərcümə olunan kitablarının özbəkistanlı oxucular üçün maraqlı və əhəmiyyətli olunduğunu söyləyən akademik, “Turan” Akademiyasının daim bu cür şəxsiyyətlərin fəaliyyətinin təqdir etdiyini və onlarla əməkdaşlığın vacibliyini vurğulayıb.