Oktyabrın 28-də Pirqulu seysmoloji stansiyasından 17 kilometr cənub-qərbdə - İsmayıllı rayonunda zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 08:00-da qeydə alınıb.
Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3-ə bərabər olub. Yeraltı təkanlar hiss olunmayıb.