logo

Türkiyə ordusu daha iki il Suriya və İraqda qalacaq

22:14 26-10-2021 | icon 2646
Türkiyə ordusu daha iki il Suriya və İraqda qalacaq

Türkiyə Böyük Millət Məclisində terrorla mübarizə üçün Suriya və İraqa qoşun göndərmək üçün prezidentə daha iki il səlahiyyət verən qanun layihəsi təsdiqlənib.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, bu müddət CHP və HDP-nin “xeyr” səslərinə qarşı  hakim AKP, MHP və İYİ Partiyasının “hə” səsləri ilə daha 2 il uzadılıb.